Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının dünən Bakıda keçirdiyi gecə reydi zamanı saxta nömrələrlə avtomobili darə edən bir neçə sürücü saxlanılıb. Lent.az-ın avtosfer.az-a istinadən məlumatına görə, onlardan biri də Səbail rayonu ərazisində saxlanılıb. «Galendewagen» markalı avtomobilin üzərindən fotolarda gördüyünüz nömrələr aşkarlanıb.
Pərdəli maşın sürdüyü üçün saxlanılan sürücü ilə bağlı tədbir görülüb. Araşdırma zamanı məlum olub ki, avtomobilin üzərində olan həmin nömrələr saxtadır və bu avtomobilə aid deyil.
Avtomobil cərimə meydançasına aparılıb, araşdırma aparılır.