Bakıda qətl törədib qaçan şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Lent.az-ın məlumatına görə, martın 9-da Maştağa qəsəbəsində 1986-cı il təvəllüdlü Ağayev İlham Tahir oğlunu bıçaqlayaraq öldürən 23 yaşlı Abbasquliyev Şəhriyar Bəxtiyar oğlu keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
İlkin araşdırma zamanı məlum olub ki, Ş.Abbasquliyev başqa şəxslə dalaşarkən İ.Ağayev araya girib və onları ayırmağa çalışıb. Bu zaman bıçaq zərbəsi də məhz İ.Ağayevə tuş gəlib. 1 bıçaq xəsarəti alan 30 yaşlı İlham xəstəxanaya aparılsa da, vəfat edib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, İ.Ağayevin qumarbaz olması ilə bağlı informasiya yayılıb.