Bakıda yol qəzası zamanı ağır yaralanan şəxs xəstəxanada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 28-də Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ceyhun Babaşov idarə etdiyi «Opel» markalı avtomobili M.Hadi küçəsində maneəyə vurub. Xəsarətlə xəstəxanaya daxil olan sürücüaprelin 3-də ölüb.
Faktla bağlı araşdırmalar aparılır.