Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış qadın yerləşdirildiyi xəstəxanada ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 21-də Qaradağ rayonu ərazisində Sumqayıt şəhər sakini Rəhim Mürsəlovun idarə etdiyi “BMW” və Tərtər rayon sakini Sərdar Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə R.Mürsəlov və sərnişini, həmyerlisi Kəmalə Mürsəlova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırma aparılır.