APA-nın məlumatına görə, hadisə Tbilisi prospektində qeydə alınıb.
Qəza zamanı Emil Yarıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə Fuad Məlikovun idarə etdiyi "Mercedes" toqquşub.
Toqquşmanın təsirindən "Mercedes" markalı avtomobil işıq dirəyini aşırıb. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillə ciddi ziyan dəyib. Hadisə nəticəsində yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hər iki avtomobil evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.