Bakıda qətl hadisəsi
09 avqust 2014 15:05 (UTC +04:00)

Bakıda qətl hadisəsi

 Bakıda qətl törədilib.

 

Lent.az-ın  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. R.Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib.

 

İlkin araşdırmalar nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəxsin M.Ə.Rəsulzadə qəsəbə sakini Elnur Tahirov olduğu müəyyən edilib.

 

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Tahirov tutulub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1475

Oxşar yazılar