Bakıda qəbiristanlıqda inanılmaz cinayət: bahalı büst oğurlanıb
12 oktyabr 2014 10:55 (UTC +04:00)

Bakıda qəbiristanlıqda inanılmaz cinayət: bahalı büst oğurlanıb

0

Bakıdakı qəbiristanlıqlardan birində tuncdan hazırlanmış büst oğurlanıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, N.Şükürov 2 ünvanında yerləşən Keşlə qəbiristanlığında qeydə alınıb. Paytaxt sakini, 1966-cı il təvəllüdlü Ataxan Hüseynov (adlar və soyadlar şərtidir) Xətai rayon Polis İdarəsi, 37-ci Polis Bölməsinə müraciət edərək vəfat etmiş həyat yoldaşı üçün düzəltdirdiyi tunc büstün oğurlandığını bildirib.

 

A.Hüseynov qeyd edib ki, həyat yoldaşı 2012-ci ildə dünyasını dəyişib və onun qəbri üzərində büst qoydurub. Bu günlərdə qəbiristanlığa gedərkən büstün oğurlandığını görüb. Tuncdan hazırlanan büstün ümumi dəyəri 10 min manatdan artıqdır.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4756

Oxşar yazılar