Bakıda qanlı münaqişə ölümlə nəticələndi
26 sentyabr 2014 01:31 (UTC +04:00)

Bakıda qanlı münaqişə ölümlə nəticələndi

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, gənclər arasında yaranan mübahisə onlardan birinin ölümü ilə başa çatıb.

 

Hadisə  Müzəffər Nərimanov küçəsi, 4 ünvanında,  metronun "Ulduz" stansiyasının yaxınlığında baş verib. Hüseynov Yasin Laçın oğlu aralarında yaranmış mübahisə zəminində tanışı 23 yaşlı Əkbərov Rahib Sahib oğlunun bud nahiyəsinə bıçaqla xəsarət yetirib. Cinayəti törədən Yasin Hüseynov hadisə yerindən qaçaraq istintaqdan yayınmaq istəyib. Yaralı Rahib Əkbərov isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. Rahib Əkbərov xəstəxanada dünyasını dəyişib.

 

Cinayəti törətməkdə şübhəli bilinən Yasin Hüseynovu isə 17-ci polis bölməsinin əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər. Hələlik qətlin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə maddəsi) ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1516
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40