Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 26-da metronun “28 May” stansiyasında Bakı şəhər sakini Fəvziyyə Yusufovaya məxsus çantadan 5000 rubl və 150 manat oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov və Ramin İsgəndərov tutulub. Onların martın 9-da E.İsgəndərovaya, G.Ağayevaya və T.Əliyevaya məxsus mobil telefonları oğurlamaları da müəyyən edilib.
V.Nəzərovdan 0,162 qram, R.İsgəndərovdan 0,159 qram heroin götürülüb.