Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də Əli Muxtarovun mobil telefonunu dələduzluq yolu ilə alanın Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Kərimov olması müəyyən edilərək tutulub.
Aparılmış əməliyyat tədbirləri ilə onun Sərxan Məmmədovun mobil telefonunu quldurluq, Kamilə Məmmədovaya və Gülçöhrə Rəhimovaya məxsus pul və məişət əşyalarını isə soyğunçuluq yolu ilə alması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.