Bakıda qadınları soyan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də Bakı şəhər sakini Günay Eyyubzadəyə qarşı xuliqanlıq etmiş həmyerlisi Coşqun Hüseynov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 2-də Biləcəri qəsəbəsində qəsəbə sakini Gülbəniz Səfərovaya zor tətbiq edib içərisində 200 manat olan çantasını alması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.