Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Limanə Fətəliyevaya məxsus ticarət köşkündən oğurluğa cəhd göstərmiş şəxs müəyyən edilib. Paytaxt sakini Pərviz Həsənov tutularaq istintaqa təhvil verilib.
Araşdırma aparılır.