Bakıda ər-arvadı xilas etməyə çalışan polisin özü dənizdə batdı
04 iyul 2015 03:43 (UTC +04:00)

Bakıda ər-arvadı xilas etməyə çalışan polisin özü dənizdə batdı

Bakıda polis əməkdaşı dənizdə batıb. APA TV FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.

 

Batan şəxsin polis əməkdaşı olduğu üzə çıxıb. Məlumata görə, bu, Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nurəliyev Zaur Zakir oğludur. Çavuş vəzifəsində çalışan Zaur Nurəliyev Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan ər və arvadı xilas etməyə çalışıb. O, qadını xilas etsə də, qadının ərini xilas edə bilməyib və özü də batıb. FHN-dən APA TV-yə verilən məlumata görə, onun axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar