Xəzər rayonunun Mərdəkan qəsəbə sakini Mehriban Bağırova polisə xeyli sayda silah-sursat tapdığını bildirib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, M. Bağırova tapdığı nömrəsi silinimiş “Makarov” markalı tapançanı, 1 ədəd qumbaranı, 1 ədəd lüləsi və qundağı kəsilmiş, nömrəsi silinimiş ov tüfəngini və 3 ədəd tapança patronunu könüllü olaraq Xəzər RPİ-yə təhvil verib.
Qadın xeyli silah-sursat tapıb polisə verdi - Bakıda
256