Bakıda qadın kişini aldadıb pulunu mənimsədi
30 noyabr 2014 14:03 (UTC +04:00)

Bakıda qadın kişini aldadıb pulunu mənimsədi

0

Bakıda daha bir dələduzluq faktı qeydə alınıb. Lent.az-ın məlumatına görə, 1978-ci ildə Qubada anadan olmuş Ağamalıyev Əflatun Comərd oğlu polisə müraciət edərək xeyli miqdarda pulunun mənimsənildiyini deyib. Ə.Ağamalıyev qeyd edib ki, bu il avqustun 27-də tanışı, Ağdamda anadan olmuş 49 yaşlı Əliyeva Təranə Mirzə qızına işə düzəlmək üçün pul verib. Lermontov küçəsi 3 ünvanının qarşısında həmin qadınla görüşən 36 yaşlı kişi ona 1250 manat pul verib.

Lakin qadın vədinə əməl etməyib. Ə.Ağamalıyev nə qədər çalışsa da, T.Əliyevadan pulu geri ala bilməyib.

Faktla bağlı araşdırmalar aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1404

Oxşar yazılar