Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 13-də saat 06 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Cəlilabad rayon sakini Süleyman Sülaymanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Lumu Soltanovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.