Bakıda yaşayan Gürcüstan vətəndaşı xeyli miqdarda pulunun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Lent.az-ın məlumatına görə, Gürcüstan vətəndaşı olan və Nərimanov rayonu Ağa Neymətulla küçəsində müvəqqəti yaşayan 1962-ci il təvəllüdlü Lətifə Əliyeva Leyla adlı şəxsin onun 4 min manatını ələ keçirdiyini bildirib. Şikayətçi qeyd edib ki, 2014-cü ilin oktyabrında həmin şəxsə onu işə düzəltməsi üçün pul verib. Lakin o, vədinə əməl etməyib və L.Əliyevanı söz verdiyi yerə işə düzəltməyib.
Faktla bağlı araşdırma aparılır.