Bakıda qaçırılmış avtomobil Kürdəmirdə tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 15-dən 29-dək olan müddətdə Bakı şəhər sakini Elşad Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin avtomobilin Hacıqabulda qəza törətməsi müəyyən edilib. Belə ki, bəlli olub ki, martın 28-də həmin avtomobil Hacıqabul rayonunun Padar kəndində Göyçay rayon sakini Lətif Kərimov tərəfindən idarə edilərkən Ağdam rayon sakini Nazim Yolçuyevin idarə etdiyi “KamAZ”a çırpılıb. L.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Avtomobilin isə Kürdəmir rayonundakı cərimə meydançasına yerləşdirilməsi müəyyən edilib.
L.Kərimovun saxlanılması istiqamətində iş aparılır.