Bakıda 13 yaşlı oğlan oğurluq etdiyinə görə tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 3 avtomobildən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Nuhan Gülümcanov müəyyən olunub. Yaxalanaraq polis bölməsinə gətirilən 13 yaşlı oğlan azyaşlı olmasına görə izahatı alınaraq buraxılıb.
Araşdırmalar davam etdirilir.