Bakıda ötüşən "Shacman"lardan biri avtobusa çırpıldı: 2 sərnişin yaralandı
27 mart 2015 03:05 (UTC +04:00)

Bakıda ötüşən "Shacman"lardan biri avtobusa çırpıldı: 2 sərnişin yaralandı

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Xocalı prospektində qeydə alınıb. "Shacman" markalı yük maşını dayanacaqda dayanan sərnişin avtobusuna çırpılıb. 30 saylı marşrut xətti ilə hərəkət edən avtobusda hadisə zamanı sərnişinlər olub. Sərnişinlərdən ikisi - 23 yaşlı Qasımova Ləman Asim qızı və 23 yaşlı Vəliəhədova Lamiyə Teymur qızı xəsarət alıblar. Xəsarət alanlardan biri hamilə olub. Hər iki yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlara sağ bud çanağının əzilməsi diaqnozu qoyulub.

 

 

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı Xocalı prospekti ilə "Shacman" markalı iki yük maşını hərəkət edirmiş. Bir-biri ilə yarışan yük maşınlarından biri keçsə də, ikinci "Shacman" qarşıda dayanan avtobusa çırpılıb. Avtobus dayanacağını taksilər zəbt etdiyindən, avtobus ikinci hərəkət zolağında dayanıbmış. Elə yük maşınının sürücüsü də qəzaya avtobusun ikinci hərəkət zolağında dayanmasının səbəb olduğunu iddia edir.

 

Qeyd edək ki, hadisə metronun "Xətai" stansiyasının qarşısındakı piyada zolağının üstündə baş verib. Həmin vaxt keçiddən piyada keçirmiş. Xoşbəxtlikdən piyada vaxtında geriyə qaça və heç bir xəsarət almadan qurtula bilib.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

Oxşar yazılar