Bu gün Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Xətai rayonu R.Bağırov küçəsindəki mənzildə kirayədə yaşayan Rövşən Edilxanov bıçaq xəsarətiylə KTM-ə yerləşdirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişlə birgə kirayədə yaşayan, əvvəllər məhkum olunmuş Rəşad Novruzov Xətai Rayon Polis İdarəsi 37-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırma aparılır.