Bakıda törədilmiş oğurluq cinayətlərinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il oktyabrın 17-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 55 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Anar Nəbiyev Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa oğurluq etdiyinə görə tutulmuş Şahid Əliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin oktyabrından cari ilin yanvar ayınadək olan müddətdə daha 4 avtomobildən pul, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.