Bakıda oğurluqla məşğul olan 4 nəfər tutuldu
13 aprel 2016 12:07 (UTC +04:00)

Bakıda oğurluqla məşğul olan 4 nəfər tutuldu

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də və 7-də Bakı şəhər sakinləri Müseyib Məmmədova, Vaqif  Məmmədova və Eyvaz Atayevə məxsus avtomobillərdən akkumulyator oğurlamış həmyerliləri Azad Mikayılov və Əkbər Əhmədov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 8-nə keçən gecə rayon ərazisində daha 3 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.

 

Bundan başqa Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 22-dən aprelin 4-dək olan müddətdə Bakı şəhər sakinləri Samir Qurbanlıya, Ceyhun Qasımzadəyə və Oruc Bayramova məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamış paytaxt sakini Seymur Mirzəyev yaxalanıb. Ondan 0,379 qram heroin götürülüb.

 

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 12-də Samux rayon sakini Məmmədəli Babayevin 350 manatını oğurlamış Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədli tutulub.

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86
avatar

Oxşar yazılar