Bakıda yaşlı kişi ailəsinin cinayətini ifşa etdi -<span style="color:red;"> QIZI, GƏLİNİ, NƏVƏSİ...  - <span style="color:red;">YENİLƏNİB
30 iyul 2016 13:14 (UTC +04:00)

Bakıda yaşlı kişi ailəsinin cinayətini ifşa etdi - QIZI, GƏLİNİ, NƏVƏSİ... - YENİLƏNİB

Binəqədi rayonu ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı “Sarı qaya” pansionatında qonşu qonşunun evini qarət edib.

 

APA TV-nin xəbərinə görə, “Sarı qaya” pansionatında məskunlaşan Ələsgər Bağırovun evindən oğurluq edilməsi barədə məlumatı Daxili işlər Nazirliyinin (DİN) 102 zəng mərkəzinə qonşusu İnqilab Həsənov verib. Polisə zəng vuran Həsənov bildirib ki, qonşusu Ələsgər ailəsi ilə birlikdə şəhərdə olsa da qapısı açıqdır.

 

Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları əl-barmaq izləri götürüb və ətrafda yaşayan qonşularla söhbətlər aparmaq qərarına gəlib. Araşdırmalar zamanı oğurluq hadisəsinin polisə zəng vuran İnqilab Həsənovun qızı Pərvanə, gəlini Aysel və nəvəsi Cavid tərəfindən törədildiyi məlum olub. Daşı ətəyindən tökən Cavid Həsənov olub. Cavid xalası Pərvanə və dayısı arvadı Aysel tərəfindən yoldan çıxarıldığını bildirdikdən sonra, saxlanılaraq polisə gətirilən Pərvanə də törətdikləri oğurluğu etiraf edib. Pərvanənin sözlərinə görə, qonşuluqda yaşayan Ələsgərin evində qızıl olduğunu ona qardaşı arvadı Aysel deyib. Bundan sonra onlar Ələsgər Bağırovun evinin boş qalmasını gözləyiblər.

 

Pərvanə Həsənova, saxlanılan şəxs: “Darvaza açıq idi. Cavidlə mən girdik içəri. Aysel isə qardaşımgilin hasarının altında pusquda durdu. O, içəri girmədi. Sandığı açdıq, qızılları götürdük. Pul götürmədik”.

 

Aysel Həsənova, saxlanılan şəxs: “Dedim ki, “Pərvanə, qorxuram, mən gedə bilmərəm”. Cavidlə Pərvanə getdi, mənə dedilər ki, qağamgil dənizdədir, dur qapıda. Mən də qapıda oturdum, içəri girmədim”.

 

Planı cızdıqdan sonra Aysellə Pərvanə bu işə Cavidi də cəlb etmək qərarına gəliblər. Cavid xalası ilə dayısı arvadının təklifinə rədd cavabı verib.

 

Cavid Həsənov, saxlanılan şəxs: “Axşam gəldim evə. Pərvanə dedi ki, sənə pullu iş tapmışam. Soruşdum ki, “Nə pullu iş?”. Dedi ki, Aysellə qaralamışam, gedərik ora. Dedim ki, mənlik deyil, 1 uşağım var, yetim qalmasın”.

 

Pərvanə Həsənova, saxlanılan şəxs: “Dedik ki, Cavid bir planımız var, qonşunun həyətinə getmək istəyirik. Əvvəlcə razılaşmadı, dedi tutarlar sizi. Amma sonra Cavidlə bizimlə getdi”.

 

Üçlük əvvəlcə oğurladığı qızılları satmaq istəyib. Aysel oğurluq malı 3 yerə bölməyi təklif edib.

 

Pərvanənin atası İnqilab Həsənov qonşunun qapısının açıq olduğunu görüb polislə əlaqə saxlayanda üçlük oğurluq qızılı həyətdə qumun altında basdırıb. Oğurluq qızılların basdırıldığı yeri Cavid Həsənov göstərib. Saxlanılan Cavidlə Pərvanə Həsənova şeytan tərəfindən aldadıldıqlarını bildirərək peşman olduqlarını deyiblər.

 

Pərvanə Həsənova, saxlanılan şəxs: “Şeytana uyduq girdik. İndi də it kimi peşmanam. Ora girdiyim üçün çox peşmanam”.

 

Cavid Həsənov, saxlanılan şəxs: “İt peşmanıyam, əmi. And olsun Allaha, mən quru çörəyi üç gün yeyən insan idim. Yolumdan çıxartdılar məni. 1 yaşlı uşağım var. “Ata” sözünü eşitməmişəm mən”.

 

Cavidlə Pərvanədən fərqli olaraq, Aysel Həsənova əməliyyatçıları baş vermiş hadisədən iştirak etmədiyinə inandırmağa çalışır: “Plan cızılmayıb. Evinə gedilib-gəlinib paltar almağa. Sadəcə olaraq, orda görülüb. Pərvanə gəlib dedi, mən də lağ-lağı eləyib güldüm bir az. İkisi gedib. Mən orda olmamışam, əlim yoxdur”.

 

Aşkar olunan faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

 

***

 

12:22

 

İyulun 28-də Novxanı qəsəbəsində yaşayan Ələsgər Bağırovun evindən 2800 manat və 2400 ABŞ dolları, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakinləri Pərvanə Həsənova, Aysel Həsənova və Cavid Həsənov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar