Bakıda oğurluq edən şəxsə 6 il həbs
31 mart 2016 12:28 (UTC +04:00)

Bakıda oğurluq edən şəxsə 6 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Müqabil Musayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının ilə M.Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhərində oğurluq törətməkdə şübhəli bilinən  Müqabil Musayev ötən il polis əməkdaşları tərəfindən tutulub.  O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar