18 marşrutun hərəkətinə edilən dəyişiklik ləğv edildi
27 iyun 2017 11:05 (UTC +04:00)

18 marşrutun hərəkətinə edilən dəyişiklik ləğv edildi

0

Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

 

Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar