Bakıda naməlum avtomobillər qadınla kişini vurub
29 aprel 2016 11:39 (UTC +04:00)

Bakıda naməlum avtomobillər qadınla kişini vurub

0

Bakıda naməlum avtomobil piyada qadını vurub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 28-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Aynur Məmmədova vurulub. A.Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Oxşar hadisə Yasamal rayonunda da baş verib. Aprelin 28-də saat 16 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Bəxtiyar İmanov vurulub. B.İmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar