Bakıda müəmmalı hadisə: 25 yaşlı qız bıçaqlanıb, yoxsa yıxılıb?
02 iyun 2015 06:46 (UTC +04:00)

Bakıda müəmmalı hadisə: 25 yaşlı qız bıçaqlanıb, yoxsa yıxılıb?

Gecə saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasına qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə paytaxt sakini, 25 yaşlı Balayeva Əminə Araz qızı gətirilib.

 

Lent.az xəbər verir ki, dərhal üzərində cərrahiyyə əməliyyat aparılan gənc qızın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

 

Məlumata görə, Əminə Balayeva bıçaq xəsarətinə bənzər yaranı Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yaşadığı evdə alıb. Onun yaxınları həkimlərlə söhbətində bildirib ki, 25 yaşlı qız məişət işləri görən zaman ehtiyatsızlıqdan yıxılıb və yerə düşmüş bıçaq onun qarnına batıb.

 

Bununla belə, hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb. Gənc qızın, eləcə də onun ailə üzvlərinin ifadəsi də alınıb. Hadisənin həqiqətən bədbəxt hadisə, yoxsa qəsd olduğu araşdırılır.

 

Mahir Məmmədli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144

Oxşar yazılar

Ağstafada canavar 27 qoyunu parçaladı

Ağstafada canavar 27 qoyunu parçaladı

25 aprel 2025 , 21:53
Sabirabadda qadını maşın vurub öldürdü -  VİDEO -YENİLƏNİB

Sabirabadda qadını maşın vurub öldürdü - VİDEO-YENİLƏNİB

25 aprel 2025 , 20:49
Bakıda küçədən meyit tapıldı

Bakıda küçədən meyit tapıldı

25 aprel 2025 , 19:33
Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub  gətirildi

Üç Azərbaycan vətəndaşı Rusiyada tutulub gətirildi

25 aprel 2025 , 19:17
Oğuzda FACİƏ : 80 yaşlı qadın kanalda boğuldu

Oğuzda FACİƏ: 80 yaşlı qadın kanalda boğuldu

25 aprel 2025 , 18:45
“Oleq Bakinski” ev dustaqlığına  buraxılmadı

“Oleq Bakinski” ev dustaqlığına buraxılmadı

25 aprel 2025 , 18:17
Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

Bir aya azadlığa çıxacaqdı, yeni hökm oxundu - SUMQAYITDA

25 aprel 2025 , 18:10
Bakı bulvarında ÖLÜM

Bakı bulvarında ÖLÜM

25 aprel 2025 , 17:38