Bakıda baş verən dəhşətli yol qəzasının təfərrüatları məlum oldu - <span style="color:red;">YENİLƏNİB
11 dekabr 2014 06:21 (UTC +04:00)

Bakıda baş verən dəhşətli yol qəzasının təfərrüatları məlum oldu - YENİLƏNİB

0

APA-nın məlumatına görə,   "VAZ 2106" markalı avtomobilin sürücüsü qəsəbədən şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirərək yol kənarında dayanan “MAZ” markalı yük maşınına  çırpılıb.

 

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Onlar, xüsusi alət avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan 1966-cı il təvəllüdlü Saxəddin Hacıyevin, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərovun  və 1993-cü il təvəllüdlü Cəlal İbiyevin cəsədini çıxarıblar. 1993-cü il təvəllüdlü Vüqar Hüseynov isə qəzadan yaralı olaraq qurtulub.

 

İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.  Faktla bağlı araşdırma aparılır.

 

***

 

Bakıda ağır yol qəzası baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda “MAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

 

 

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb. Hadisə yerində “VAZ” avtomobilinin sürücüsü və iki nəfər şəxsiyyəti məlum olmayan sərnişinlərin cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar