Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobus yol kənarında dayanan "Shevrolet" markalı minik avtomobilinə çırpılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı mikroavtobusda yanğın baş verib.
Nəticədə 1 sərnişin əl nahiyəsindən yüngül yanıq xəsarəti alıb, mikroavtobusun sürücüsü və digər sərnişini isə müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidmətinə təhvil veriliblər. Mikroavtobusun qalan hissəsi və minik avtomobili yanğından mühafizə olunub.