Bakının Binəqədi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin pəncərəsindən evə daxil olaraq, vətəndaşı uzanmış və halsız vəziyyətdə aşkar edib və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.
Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış şəxs xilas edildi
83