Bakıda mənzildə kişi meyiti aşkar edildi
07 iyun 2019 16:20 (UTC +04:00)

Bakıda mənzildə kişi meyiti aşkar edildi

0
Paytaxtın Nərimanov rayonunda mənzildə kişi meyiti aşkar edilib.
 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1965-ci il təvəllüdlü Rzayev Azər İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar