Bakıda mənşəyi məlum olmayan 200 kq ət aşkar olunub.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülmüş “Ergün Ucal” ət kəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kiloqram ət aşkar olunaraq götürülüb.