Bakıda vəzifəli şəxsin oğlu niyə öldürüldü? - TƏFƏRRÜAT
17 oktyabr 2013 17:30 (UTC +04:00)

Bakıda vəzifəli şəxsin oğlu niyə öldürüldü? - TƏFƏRRÜAT

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğlu 22 yaşlı Əli Məlikovu qətlə yetirilməsi hadisəsi ilə bağlı bəzi məqamlara aydınlıq gəlib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Ə.Məlikovun əslində hadisəni törətmiş 26 yaşlı Tural Əliyevlə hər hansı əlaqəsi olmayıb. Bildirilir ki, oktyabrın 15-də axşam saatlarında Ə.Məlikovun dostları onu təcili olaraq Biləcəri qəsəbəsi ərazisində, Binəqədi RPİ, DYP şöbəsinin arxasındakı əraziyə çağırıb. Qeyd edilən yerə gələn Ə.Məlikov davanın üstünə çıxıb. Elə bu zaman T.Əliyev həm Ə.Məlikovu, həm də onun iki dostunu bıçaqlayıb.

 

Dava-dalaşın hansı məsələ üstündə baş verməsi hələ ki, məlum deyil. Faktla bağlı başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.

 

Qeyd edək ki, qətlə yetirilmiş Əli Məlikov Natiq Məlikovun tək oğlu imiş.

 

 

 

*****

 

 

11:40

 

Dünən Binəqədi rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılacaq. Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, işlə bağlı toplanmış materiallar şəhər prokurorluğuna göndərilib. Hazırda iş üzrə araşdırmalar davam etdirilir, ekspertizalar təyin edilib.

 

*****

 

10:05

 

 

Oktyabrın 16-da Bakı şəhərinin Binəqədi rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub. Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğlu 22 yaşlı Əli Məlikovu qətlə yetirən 26 yaşlı Tural Əliyev hadisə vaxtı daha iki nəfərə ağır xəsarət yetirib.

 

Məlumata görə, hadisə Binəqədi şosesində, Binəqədi DYP-nin binasının arxasında baş verib. T.Əliyev 20 yaşlı Baxşıyev Elçin Qılıncxan oğlunu, 22 yaşlı Fərzəliyev Seymur Şamil oğlu və 22 yaşlı Məlikov Əli Natiq oğlunu bıçaqlayıb. Hər 3 şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ə.Məlikovun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, hadisə zamanı xəsarət almış digər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.

 

*****

16.10.2013 / 14:59

 

 

Bakıda qətl törədilib. Binəqədi rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən T.Əliyev saxlanılıb. Qətlin motivi hələlik açıqlanmır.

 

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən Ə.Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23922
avatar

Nizam Rza

Oxşar yazılar