Daxili İşlər Nazirliyi Bakıda orta məktəb şagirdinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Mobil Abdullayev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada ölüb.
Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Qeyd edək ki, M.Abdullayevin 16 yaşı olub və orta məktəbdə təhsil alırmış.