Orta məktəb şagirdinin qətlində şübhəli bilinən beş nəfər tutulub - <span style="color:red;">YENİLƏNİB
03 aprel 2014 19:22 (UTC +04:00)

Orta məktəb şagirdinin qətlində şübhəli bilinən beş nəfər tutulub - YENİLƏNİB

Qətlin “facebook”dakı mübahisə nəticəsində baş verdiyi bildirilir.

 

Bakıda orta məktəb şagirdini qətlə yetirməkdə şübhəli bilinən daha bir şəxs tutulub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Mobil Abdullayevin qətlində şübhəli bilinən Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov saxlanılıb.

 

Polisdən bildirilib ki, tutulan şəxslərlə mərhum arasında “facebook” sosial şəbəkəsində mübahisə yaranıb. Mübahisədən sonra M. Abdullayevlə görüşə gələn 5 gənc onu bıçaqlayaraq qətlə yetirib.

 

 

 

***

 

19.11

 

Bakıda məktəbli qətlinin üstü açıldı: 4 nəfər həbs edilib

 

Bakıda orta məktəb şagirdini qətlə yetirməkdə şübhəli bilinən daha bir şəxs tutulub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Mobil Abdullayevin qətlində şübhəli bilinən Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov saxlanılıb.

 

Polisdən bildirilib ki, tutulan şəxslərlə mərhum arasında “facebook” sosial şəbəkəsində mübahisə yaranıb. Mübahisədən sonra M. Abdullayevlə görüşə gələn 5 gənc onu bıçaqlayaraq qətlə yetirib.

 

 

*****

 

18:41

 

Bakıda orta məktəb şagirdinin qətlində şübhəli bilinən dörd nəfər tutulub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün rayonun Biləcəri qəsəbəsində 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayevin qətlində şübhəli bilinənlər -  Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü, Ceyranbatan Peşə Liseyinin tələbəsi Fuad Mehman oğlu Heydərov, 1996-cı il təvəllüdlü Abbas Yaşar oğlu Abbaslı, 1996-cı il təvəllüdlü Nurlan Zülfüqar oğlu Dünyamalıyev, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Elsevər Fərman oğlu Məmmədov saxlanılıblar.

 

Polisdən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən daha bir nəfərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

 

Qeyd edək ki, aprelin 1-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Mobil Abdullayev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

 

Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

 

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Binəqədi Rayon Polis İdarəsindən APA-ya M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.

 

 

# 2300
avatar

Oxşar yazılar