Bakıda naməlum avtomobil qadını vurub. Lent.az-ın məlumatına görə, fevralın 27-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yetər Əliyeva vurulub. Y. Əliyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.