Bakıda yol-nəqliyyat hadisəsi törətmiş qadın polis tərəfindən saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisində Mehman Nəzərovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “BMW” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Dürdanə Rzayeva tutulub.
Araşdırma aparılır.