APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Azadlıq prospektində qeydə alınıb. “10 EU 326” dövlət nömrə nişanlı "Renault" markalı avtomobilin sürücüsü Arif Əliyev 1978-ci il təvəllüdlü Əsgərov Ayaz İzzət oğlunu vurub. Ətrafdakılar yaralıya ilkin tibbi yardım göstərməyə çalışıblar.
Daha sonra əraziyə təcili yardım çağırılıb və yaralı 1 saylı şəhər Klinik xəstəxanasına aparılıb. Hadisəni törədən sürücü Arif Əliyevin sözlərinə görə, piyada qəfil onun yoluna çıxıb. Üstəlik,o,10 metr irəlidəki piyada keçidindən istifadə etməyib.
Qeyd edək ki, qəza nəticəsində sürücü Arif Əliyevin maşını yararsız hala düşüb. Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.