Dünən saat 19 radələrində Nərimanov rayonunun Ak.H.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisəni törədən Şamaxı rayon sakini Röyal Xasayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Gülnarə Dəyanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən G.Dəyanova orada ölüb.
Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.