Bakıda maşın,  Göyçayda isə ev yandı
16 mart 2016 02:47 (UTC +04:00)

Bakıda maşın, Göyçayda isə ev yandı

0

Bakıda və Göyçayda yanğın hadisələri qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış “Mercedes” markalı minik avtomobilinin mühərriki, qabaq lövhəsi və buferi yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunmuşdur.  

 

Göyçay rayonunda vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 124 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar