Lent.az-ın məlumatına görə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki obyektlərin qarət edilməsi ilə bağlı 102 xidmətinə məlumat daxil olub. Sabunçu polisi dərhal əməliyyat axtarış tədbirlərinə başlayıb. Tezliklə ticarət obyektlərini qarət edən 33 yaşlı Ceyhun Vəliyev saxlanılıb.
İlkin dindirilmə zamanı C. Vəliyev törətdiyi əməli etiraf edib. O bildirib ki, plastik qapı və pencərlərini qıraraq daxil olduğu ticarət obyektlərini qarət edərək pulları yeyib-içməyə xərcləyib. Qeyd edək ki, saxlanılan şəxs əvvəllər oğurluq üstündə məhkum olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Fərahim Qasımov