Bakıda evdən küllü miqdarda oğurluq edən şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 3-də, Badamdar qəsəbəsində yaşayan Anarə Məmmədova ərizə ilə Səbail Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb.
Səbail Rayon Polis İdarəsinin 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub.