FHN intihara cəhd edən şəxsi xilas edib - <span style="color:red;">YENİLƏNİB
28 noyabr 2014 22:29 (UTC +04:00)

FHN intihara cəhd edən şəxsi xilas edib - YENİLƏNİB

0

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edib.

 

APA-nın məlumatına görə, körpüdən özünü atmaq istəyən Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayev olub.  

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onların N. Musayevlə apardıqları danışıqlar nəticəsində o fikrindən daşınıb. FHN əməkdaşları  təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər. 

 

***

21:39

 

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihar edəcəyini bildirir.

 

APA-nın verdiyi xəbərə görə, intihar etmək istəyən şəxs Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayevdir. 

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar bu şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2096

Oxşar yazılar