Bakıda naməlum avtomobil qadını vurub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 28-də saat 15 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Günel Abbasova vurulub. G.Abbasovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən hadisənin “Mercedes” markalı avtomobilin sürücüsü - Lənkəran şəhər sakini Rahim Əsədullayev tərəfindən törədilməsi müəyyən edilib.
Bundan başqa martın 29-da saat 17 radələrində Nərimanov rayonunun N.Yusifbəyli küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Qurbanəli Məmmədov vurulub. Q.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Hər iki faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.