Bakıda kartofla dolu yük maşını aşdı
10 iyun 2016 03:59 (UTC +04:00)

Bakıda kartofla dolu yük maşını aşdı

0

Bakının Nəsimi rayonunda yol qəzası baş verib, yük maşını aşıb.

 

APA-nın məlumatına görə,  20 yaşlı Samir İsgəndərov yük maşını ilə Ziya Bünyadov prospektində hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə kartofla dolu yük maşını əvvəlcə işıq dirəyinə çırpılıb daha sonra isə aşıb.

 

Aşan maşının sükanı arxasında olan Samir İsgəndərov xoşbəxtlikdən xəsarət almayıb.

 

Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Avtomobildə olan yük digər yük maşınına boşaldılıb. Sürücünün ifadəsi alınıb. Qəzanın baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.

 

Faktla əlaqədar araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar