Qaradağ rayonunda kabel oğurluğu ilə məşğul olanlar saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə,Puta qəsəbəsi ərazisində yerləşən Aztelekom İB-nə məxsus 700 metr uzunluğunda magistral rabitə kabeli oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş 1953-cü il təvəllüdlü Şamoy Məhərrəmov və 1960-cı il təvəllüdlü Məhəmməd Allahverdiyev tutulublar.
Faktla bağlı araşdırma aparılır.