Bakıda ikimərtəbəli binada yanğın
02 dekabr 2014 04:14 (UTC +04:00)

Bakıda ikimərtəbəli binada yanğın

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 3 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

 

Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar