Bakıda iki nəfər xuliqanlıq zəmnində gənci bıçaqlayıb
0
0
Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Hüseynov Fərid Fərhad oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava edib. Nəticədə F.Hüseynov bıçaqlanıb.
Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
0
0