Bakıda daha iki intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Suraxanl sakini, 1960-cı il təvəllüdlü Fidayət Sərdarov yaşadığı evin çardağında özünü asıb.
Bundan başqa Binə qəsəbə sakini, 1957-ci il təvəllüdlü Novruzağa İsmayılov özünü yaşadığı evin həyətindəki tikilidən asıb.
Hər iki intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb.